Netanyahu "Hizbullah"a xəbərdarlıq etdi
24 Oktyabr 2023 15:07 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu "Hizbullah"a xəbərdarlıq edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.
"Hizbullah" ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.
Netanyahu əlavə edib ki, "Hizbullah" sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və "Hizbullah"a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.
"Hizbullah" dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31