Rusiyada prezident seçkiləri istənilən halda keçiriləcək - Kreml

Rusiyada prezident seçkiləri istənilən halda keçiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Seçkilər təyin olunmayıb, lakin yaxınlaşır və istənilən halda keçiriləcək", - Kreml nümayəndəsi deyib.

Seçkilərin nə zaman elan olunacağı barədə sualı isə Peskov "Seçkilər Kreml tərəfindən elan olunmur" şəklində cavablandırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Peskov "Rusiyada prezident Vladimir Putinin rəqibi yoxdur və ola da bilməz", deyə bildirmişdi.

Qeyd edək ki, Vladimir Putin seçkilərdə namizədliyini hələlik elan etməyib. O bu barədə qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31