İsrail universitetlərində tədris bu səbəbdən təxirə salındı

İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.

Bildirilib ki, universitetlərdə dərslər dekabrın 3-dən tez başlamayacaq.

Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.

Komitə bildirib ki, 360 000-ə yaxın İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu çağırışa qoşulub ki, onların arasında minlərlə tələbə və universitet işçiləri var. Bütün universitet tələbələrinin təxminən 30%-i hazırda xidmət edənlər arasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31