Böyük Rusiya biznesləri sanksiyalara baxmayaraq, maliyyə cəhətdən sabitdir - ÖZƏL
24 Oktyabr 2023 13:51 Dünya"Rusiya iqtisadiyyatına qarşı irimiqyaslı sanksiyalara baxmayaraq, iri biznes subyektləri maliyyə sabitliyini qoruyub saxlaya biliblər".
Olaylar.az xəbər verir ki, Milli Reytinq Agentliyinin araşdırmasına görə, belə şirkətlərin təxminən 80%-i 2022-ci ilin sonunda yüksək maliyyə sabitliyi zonasında qalıb.
"Maliyyə sabitliyinin dinamikasının təhlili göstərdi ki, iri müəssisələrin təqribən 78%-i yüksək maliyyə sabitliyi zonasında qalmağa müvəffəq olub, şirkətlərin 20%-i öz göstəricilərini pisləşdirib və maliyyə sabitliyinin "boz zonası"na keçib. Bununla belə, yalnız 2021-ci ildə maliyyə sabitliyi zonasında olan şirkətlərin 2%-i "maliyyə stressi" zonasına keçib", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31