Ukraynada hepatit A epidemiyası qeydə alınıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın Vinnitsa vilayətində hepatit A epidemiyası baş verib.Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Rayonun 60 sakinində, o cümlədən 14 uşaqda müvafiq diaqnoz təsdiqlənib.
Daha 14 xəstənin həkim nəzarətində olduğu və diaqnozun təsdiqini gözlədiyi bildirilib. 
Hazırda bütün zərərçəkənlərə lazımi yardım göstərilir. Bunun Vinnitsa vilayətinin hansı şəhərində baş verdiyi barədə məlumat verilmir.
Bu arada müvafiq mütəxəssislər yoxlama təşkil edib və epidemiyanın baş vermə səbəblərini araşdırırlar. Laboratoriya tədqiqatları üçün yerli mənbələrdən 66 su nümunəsi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31