Türkiyə AB ölkələrinə ən çox fındıq ıxrac edib - ÖZƏL

Türkiyə cari ilin 9 ayında Avropa Birliyi ölkələrinə ən çox fındıq ixrac edib. "OLAYLAR" Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, AB ölkələrinə ən çox fındıq ixrac edən bölgələr sırasında ilk yeri Trabzon tutur.
Belə ki, Trabzonda fəaliyyət göstərən şirkətlər ilin 9 ayında İtaliya, Almaniya və Polşa başda olmaqla 55 ölkəyə fındıq ixracatı həyata keçiriblər. Bildirilib ki, fındıq ixracatı keçən ilin eyni dövrünə görə 15 faiz artıb.
Ümumilikdə, Trabzon 2023-cü ilin yanvar-sentyabr aylarında 62 min 797 ton fındıq ixrac edərək, 391 milyon 92 min 381 dollar gəlir əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31