Türkiyədə qaz qovşağının yol xəritəsi ilin sonuna qədər həyata keçirilə bilər - ÖZƏL

"Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması üzrə yol xəritəsi ilin sonuna qədər həyata keçirilə bilər".

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin diplomatik dairələri bildirib.
"Türkiyənin Energetika Nazirliyi ilə "Qazprom" şirkəti arasında layihə üzrə yol xəritəsinin hazırlanması və imzalanması ilə bağlı razılıq əldə olunub. Bu, bizə onun həyata keçirilməsi istiqamətində əməli addımlar atmağa başlamağa imkan verəcək. Bu, ilin sonuna qədər baş verə bilər" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31