ABŞ amerikalıların Yaxın Şərqdən kütləvi təxliyəsinə hazırlaşır - ÖZƏL

"Bayden administrasiyası Fələstin və İsrail arasında münaqişənin kəskinləşəcəyi təqdirdə yüz minlərlə ABŞ vətəndaşının Yaxın Şərqdən potensial təxliyəsi üçün planlar hazırlayır".

Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post məlumat verib.
WaPo bildirib ki, Vaşinqton İsrailin potensial quru əməliyyatı fonunda eskalasiya perspektivindən dərin narahatdır. Son günlər administrasiya diqqətini çoxlu sayda insanı evakuasiya etmək məcburiyyətində qalan mürəkkəb logistikaya yönəldib. Fələstinin radikal HƏMAS hərəkatı hücum edərkən İsraildə təxminən 600 min, Livanda isə 86 min ABŞ vətəndaşı var idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31