Qəzzada ölən uşaqların sayı açıqlandı
24 Oktyabr 2023 10:50 DünyaQəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb.
"Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib", - məlumatda deyilib.
4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31