HƏMAS 50 girovu BURAXA BİLƏR

Yaxın saatlarda HƏMAS yaraqlıları ikili vətəndaşlığı olan 50-yə yaxın girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verə bilər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "i24news" portalı Qəzzadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Qətərin vasitəçiliyi ilə mümkün sövdələşmənin yekunlaşdırılması gedir. QXC nümayəndələri artıq girov götürülmüş bir qrup insanın yanına gedirlər, onlar Qəzza zolağının cənubuna buraxıla bilər.

Qeyd olunur ki, İsrail bu danışıqlarda rəsmi tərəf olmayacaq. Lakin son saatlarda İsrail ordusu QXC əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün Qəzza zolağına hava zərbələri endirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31