Tiflisdə yaşayış binalarından birində GÜCLÜ PARTLAYIŞ

Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tiflisin Vazisubani rayonundakı yaşayış binalarının birində güclü partlayış olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, partlayışa mənzildə qaz sızması səbəb olub.

Yanğın söndürülüb, binanın bir hissəsi yararsız hala düşüb. Bəzi mənzillərdən sakinlər təxliyə olunublar.

Hadisə zamanı bir neçə nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31