Fələstinli həkimdən DÜNYAYA ÇAĞIRIŞ

İsrailin Qəzzaya hücumları 17-ci gündə də davam etməkdədir.

Olaylar.az xəbər verir ki, fələstinli həkim xəstəxanalardakı ağır vəziyyətdən danışaraq deyib ki, bütün dünya əvvəlcə bizə insan kimi baxmalı, İsraili atəşkəsə məcbur etməlidir. Həkim xəstəxanalarda yaralı sayının getdikcə artdığını, hər saat 350-dən çox yaralının gətirildiyini deyib. Onun sözlərinə görə  5 mindən çox şəhid, 50 mindən çox yaralı var. 50 min hamilə qadının risk altında olduğu da məlumatlarda qeyd edilir. Həkim qeyd edir ki, səhiyyə sektoru heç vaxt belə bir böhran görməmişdi. Həkim və tibb bacılarının sayı yüzlərlə insanı bir anda xəstəxanaya gətirəcək vəziyyətdə deyil. Hazırda Qəzzada ağrısı olmayan adam yoxdur. Elektrik enerjisindən yalnız əməliyyatxanalarda və reanimasiyada istifadə edilir. Çünki yanacaq yoxdur. Elə insanlar var ki, zəhərli qazı udub ölürlər. Həkimin dediyinə görə xəstəxanada vəziyyət o qədər ağırdır ki, zəhərli qazı içinə çəkərək ölənlər var. Xəstələr arasında fosfordan yananlar daha çoxdur. Yaralananlar arasında qadınlar, uşaqlar və qocalar üstünlük təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31