İsveçin NATO-ya üzvlüyü barədə sənəd İMZALANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini imzalayıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İmzalanan sənəd ratifikasiya edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti isə hələ də təsdiqlənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31