17-ci mərtəbədən yıxılan işçilər sağ qaldılar
23 Oktyabr 2023 16:38 DünyaRusiyanın Cənubi Saxalin vilayətində tikinti meydançasında çalışan 3 işçi 17-ci mərtəbədən yıxılıblar.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, işçilər çalışma zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyiblər.
Onlardan ikisi dördüncü mərtəbədə dayanıb, biri isə yerə düşüb. İşçilərin hamısı ağır yaralanıb, biri huşunu itirib.
Saxalin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən işçilərdən hazırda iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta qiymətləndirilir.
Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00