Türkiyə avtomobil sənayesində 25 milyard 618 milyon 809 min dollarlıq məhsul ixrac edib - ÖZƏL
23 Oktyabr 2023 14:11 DünyaTürkiyədə cari ilin 9 ayı ərzində avtomobil sənayesi sahəsində 25 milyard 618 milyon 809 min dollarlıq məhsul ixrac edilib.
"OLAYLAR" Türkiyənin Statistika Təşkilatına istinadən xəbər verir ki, bu rəqəmin 13,6 faizini yük daşımaq üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri təşkil edib.
Bu sektor üzrə ixrac yanvar-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalaraq 3 milyard 480 milyon 497 min dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31