İran məktəblərində məcburi namaz saatı tətbiq ediləcək - FOTO

İran məktəblərində məcburi namaz saatı tətbiq ediləcək.

Olaylar.az Milli.az-a istinadən bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

İranın Təhsil Nazirliyindən bildirilib ki, orta məktəblərdə camaat namazı qılmaq üçün bütün şagirdlərin gündəlik rəsmi dərs cədvəlində "30 dəqiqəlik namaz zəngi" müəyyən edilməlidir.

Təhsil Nazirliyi tərəfindən təsdiq edilən bu təlimata görə, əsas məqsəd gənc nəsil arasında namaz mədəniyyətinin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31