Yaxın Şərq problem- beynəlxalq silah ticarətçilərinin oyunu - ÖZƏL

"İki həftədən artıqdır ki, Yaxın Şərqdə baş verənlər əslində beynəlxalq silah ticarətçilərinin oyunudur. Onlar istehsal etdikləri silahların satılması üçün zaman-zaman müxtəlif bölgələrdə bu kimi müharibələr, savaşalara yol açırlar".
"OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı dəyərləndirməsində yer alıb. Açıqlamada bildirilib ki, HƏMAS-ın ortada heç bir problem, İsrailin hansısa bir hücum ehtimalı olmadan bu ölkəni raket atəşinə tutması həmin oyunun bir hissəsi idi:
"Artıq Rusiya-Ukrayna müharibəsi fonunda baş verənlər həmin beynəlxalq silah ticarətçilərinin işinə yaramır. Bu cəbhədə qarşıdurma, döyüşlərin nisbətən səngiməsi silaha olan tələbatı da azaldıb. Ona görə də əlavə bir münaqişə zonasının yaradılması, buy olla silahların satılması lazım idi. Belə bir mərhələdə ən optimal variant təbii ki, Yaxın Şərq idi".
Analitik Qrup hesab edir ki, beynəlxalq silah ticarətçiləri bir müdət sonra tamam başqa bir regionda anoloji situasiya yarada bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31