İsrail sərhəddəki tank sayını artırdı - ÖZƏL
23 Oktyabr 2023 12:59 DünyaOlaylar.az ensonhaber-ə istinadən xəbər verir. İsrail-Fələstin müharibəsinin 17-ci günündə Qəzzanı havadan bombalayan İsrail ordusu sərhəddəki tank sayını artırıb.
Hava əməliyyatları fasiləsiz olaraq davam edərkən İsrailin hərtərəfli əməliyyata başlayacağı da gözlənilir.
Blokadaya alınan Qəzzada hava hücumları nəticəsində aralarında qadın və uşaqlarında olduğu minlərlə dinc sakin öldürülüb. Məktəb və xəstəxanları da hədəf almağa çəkinməyən İsrail qüvvələri sərhəddə hərbi gücünü artırmağa davam edir. Belə ki, sərhəd xəttində 8 cəbhə açan İsrail ordusu Qəzza zolağının cənubuna yaxın bir nöqtəyə onlarla tank yerləşdirib.
İsrailin müdafiə naziri Yoav Gallant açıqlamasında Qəzza zolağında həyata keçirilməsi planlaşdırılan quru əməliyyatının aylarla davam edə biləcəyini bildirib.Bu açıqlamadan qısa müddət sonra İsrail döyüş təyyarələri Fələstinin bir çox bölgəsini vurub.