Türkiyədə baş verən zəlzələlərdən sonra məsul şəxslərin mühakimə prosesi davam edir - ÖZƏL
23 Oktyabr 2023 12:47 DünyaBəşər tarixinin ən böyük faciələrindən biri olan,Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra məsul şəxslərin mühakimə olunması üçün hüquqi proses davam edir. Olaylar.az Ahaber-ə istinadən xəbər verir ki, Adanada 82 nəfərin öldüyü binanın inşaat mühəndisi Ferit İşıq zərərçəkmişləri müdafiə edən vəkili "şou göstərir" deyərək ittiham edib. Bu ifadədən sonra məhkəmədə gərginlik artıb. Vəkil Nazan Akça Subaşı İnşaat mərhələsində istifadə edilə betonun öhdəliyi götürən şəzsin özünün bilərəkdən düzəltdiyini deyib.
Vəkil o qədər insanın ölümünün göz görə-görə baş verdiyini bildirib.
Məhkəmə prosesində həbs edilən podratçıların bir-birini ittiham etməsi diqqət çəkib. Vəkil qeyd edib ki, Adananın zəlzələ zonası olduğunu bildikləri halda işə etinasız yanaşan bu şəxslər haqqında məhkəmə prosesi davam edəcək. İclasda iştirak etməyən torpaq sahibini dinləmək və çatışmayan sübutları toplamaq üçün məhkəmə növbəti iclasın tarixini 8 dekabr 2023-cü ilə təyin edib.