Rusiya ilə Hindistan arasında ticarət həcmi rekord səviyyədə artıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi rekord səviyyədə artaraq ilk dəfə olaraq 44 milyard dollara yaxınlaşıb.
Bildirilir ki, ilin səkkiz ayında Hindistan 41,2 milyard dollar dəyərində Rusiya malları alıb.Bir il əvvəl bu rəqəm 17,1 milyard dollar olub.Eyni zamanda Hindistanın Rusiya Federasiyasına idxalının həcmi 2,6 milyard dollara yüksəlib.
Nazirliyin məlumatına görə, il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 43,8 milyard dollara yüksəlib.
Eyni zamanda, Hindistanın Rusiya ilə ticarət kəsiri səkkiz ay ərzində 2,5 dəfə artaraq 38,6 milyard dollara çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31