Zonquldakda Kazım Özsoyun idarə etdiyi avtomobil xəndəyə yuvarlanıb.
Olaylar.az haberler.com-a istinadən xəbər verir ki, Kazım Özsoy Ereğli rayonunun Güllük kəndində yanacaq aldıqdan sonra geri dönərkən qəza törədib.
Maşın idarəetmədən çıxaraq kanala uçub. Qəzada avtomobildə olan ata Kazım Özsoy hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə gələn tibbi yardım avtomobildə yaralı halda tapılan 5 yaşlı qızı Nazife Özsoya ilkin yardım göstərib. Lakin bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.