ABŞ-ın büdcə kəsiri 23 faiz artıb

Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcə kəsiri əvvəlki maliyyə ili ilə müqayisədə 320 milyard dollar (23%) artaraq 1,695 trilyon dollar təşkil edib.

Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

2022-ci maliyyə ilində ABŞ-ın mənfi büdcə saldosu 1,375 trilyon dollar təşkil edib.

2023-cü maliyyə ilində büdcə gəlirləri 9 faiz azalaraq 4,439 trilyon dollara düşüb. Şəxsi gəlir vergisi daxilolmaları 17 faiz azalaraq 2,176 trilyon dollar təşkil edib.

ABŞ-ın büdcə xərcləri 2% azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri 23 faiz artaraq 879,3 milyard dollara çatıb.

Sentyabrda büdcə kəsiri bir il əvvəlki 430 milyard dollarla müqayisədə 171 milyard dollar təşkil edib. Büdcə gəlirləri 467 milyard dollar, xərclər 638 milyard dollar olub.

(Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31