BMT Qəzzaya növbəti humanitar yardım ilə bağlı danışıqlar aparır
21 Oktyabr 2023 23:37 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 22-də Qəzza zolağının sakinlərinə humanitar yardımın ikinci partiyasını göndərmək üçün danışıqlar aparır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı BMT-nin nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, humanitar yardım Misirin Fələstin anklavı ilə sərhədində yerləşən "Rəfah" keçid məntəqəsi vasitəsilə göndərilir.
"BMT nümayəndəsi əlavə edib ki, gözlənildiyi kimi, "Qəzzadakı fələstinlilərə yüklü yardımla göndəriləcək avtomobil qatarı 20-30 maşından ibarət olacaq", - deyə bildirilb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31