Ərdoğan HƏMAS-ın rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
21 Oktyabr 2023 22:15 Dünya1967-ci il sərhədləri boyunca paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan İsrail-Fələstin probleminin yekun həllinə nail olmaq mümkün deyil.
Olaylar.az trend-ə istinadən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı zamanı deyib.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, söhbət zamanı R.T.Ərdoğan Türkiyənin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün səy göstərdiyini qeyd edib. O əlavə edib ki, Türkiyə bölgədə ən qısa zamanda atəşkəsi təmin etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31