Türkiyə yaxın həftələrdə İsveçin NATO-ya daxil olmaq təklifini ratifikasiya edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsveç səlahiyyətliləri Türkiyənin tezliklə  ölkənin NATO-ya müraciətini ratifikasiya etməyə başlamasını gözləyirlər.  Bu barədə İsveçin "Expressen" qəzeti hökumətdəki mənbəyə istinadən yazır. 

"Biz gözləyirik ki, Türkiyədə İsveçin müraciətinin ratifikasiyası tezliklə başlayacaq və bir neçə həftə ərzində hazır olacaq", - deyə nəşr rəsminin sözlərindən sitat gətirir.

İsveç 2022-ci ilin mayında Finlandiya ilə eyni vaxtda NATO-ya müraciət edib.

Bu günlərdə Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçek bildirib ki , Ankara İsveçin müraciətini tez bir zamanda nəzərdən keçirməli və sonra rədd etməlidir. Üstəlik, onun fikrincə, Türkiyə həm daxili cəbhəsini birləşdirib möhkəmləndirmək, həm də özünü  ABŞ sui-qəsdlərindən qorumaq üçün Şimali Atlantika Alyansından çıxmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31