Almaniya hakimiyyəti Ukrayna üçün əlavə 200 milyon avro ayıracaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya hökuməti Ukraynanın bərpası üçün daha 200 milyon avro ayırmağa hazırlaşır. Bu barədə DPA agentliyi  xəbər verir.

Agentliyin məlumatına görə, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yoxen Flasbart Ukraynaya səfəri zamanı əlavə maliyyə yardımı göstərəcəyini vəd edib. Pul şəhər infrastrukturunun, səhiyyənin, içməli su təchizatı sistemlərinin və təhsilin bərpasına sərf olunacaq.

2022-ci ilin fevralından Almaniyanın İqtisadi Əməkdaşlıq Nazirliyi Ukraynaya təxminən 1 milyard avro köçürüb. Ümumilikdə, son 1,5 ildə Almaniya Ukraynaya 23 milyard avroya yaxın vəsait ayırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31