ABŞ-nin İraqdakı hərbi bazasına iki PUA hücum edib
21 Oktyabr 2023 12:42 DünyaABŞ-nin İraqdakı hərbi bazasına iki pilotsuz uçuş aparatı (PUA) hücum edib.
Olaylar.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunub ki, hücuma görə məsuliyyəti "İraqın İslam Müqaviməti" qruplaşması öz üzərinə götürüb. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, ABŞ-nin bazası Ərbil inzibati mərkəzinin yaxınlığındakı Harir hərbi aerodromunda yerləşir.
(Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31