Misirdən Qəzzaya ilk humanitar yardımlar daxil oldu
21 Oktyabr 2023 12:24 DünyaMisirdən Qəzzaya humanitar yardım çatdıran ilk yük maşınları "Rafah" nəzarət-buraxılış məntəqəsindən keçib.
Olaylar.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, humanitar yük maşınları yoxlanışdan keçdikdən sonra irəliləyəcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31