Rusiya təyyarəsi bu ölkədə havaya qalxarkən yandı

Rusiyanın İl-76 nəqliyyat təyyarəsi havaya qalxarkən yanıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Tacikistanın Hissar hava limanında baş verib.

Yanğın təyyarənin mühərriklərdən birində baş verib. Daha sonra təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. 8 nəfər ekipajdan xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31