Bu şəxslər vətəndaşlıqdan məhrum ediləcək
21 Oktyabr 2023 10:51 DünyaRusiyada ölkə vətəndaşlığından məhrum edilən cinayətlərin siyahısı genişləndirilib. Bu barədə olaylar.az news.ru-a istinadən xəbə verir. Mövcud və əvvəllər qəbul edilmiş qanunların müqayisəsindən belə nəticəyə gəlinib ki, vətəndaşlıq əldə etməkdən məhrum edilən cinayətlərin siyahısı dörd dəfə artırılıb. Belə ki, Cinayət Məcəlləsinin maddələrinin sayı 18-dən 64-ə yüksəlib. Onların arasında ilk növbədə terror və ekstremist fəaliyyətlə bağlı maddələr yer alıb. Bununla belə, siyahıya girov götürmə, mütəşəkkil silahlı dəstənin yaradılması və hakimiyyəti zorakılıqla ələ keçirmə maddələri də daxil edilib. Dövlət xadiminin həyatına qəsd, silahlı üsyan, təxribat, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya qurumlara hücum da vətəndaşlıqdan məhrum edilməyə səbəb olacaq.
Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən Rusiya pasportuna malik əcnəbilərin hərbi xidmətdən yayınması hallarında onların vətəndaşlıqdan məhrum edilməsi məsələsi də təklif edilmişdi.