ABŞ İsraillə Qəzza zolağında müvəqqəti hökumət yaratmaq istəyir
21 Oktyabr 2023 10:33 DünyaABŞ və İsrail Qəzza zolağında BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə müvəqqəti hökumətin yaradılması imkanlarını müzakirə etməyə başlayıblar.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Bloomberg" agentliyi yayıb.
Məlumata görə, hələ ki müzakirələr erkən mərhələdədir və danışıqların nə dərəcədə uğurlu olması gələcək hadisələrdən, eləcə də İsrailin Qəzza zolağında quru əməliyyatının nəticələrindən asılıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31