Qazaxıstan və Çin arasında vizasız rejim noyabrın 10-da qüvvəyə minəcək
21 Oktyabr 2023 10:13 DünyaQazaxıstan və Çin arasında vizasız rejim noyabrın 10-da qüvvəyə minəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minəcək.
Sənəd hər iki ölkə vətəndaşlarına dövlət sərhədini keçdiyi andan 30 günündən çox olmayaraq, vizasız səfər imkanı verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31