Donald Tramp cərimələndi

Keçmiş ABŞ prezidenti Donald Tramp 5 min dollar cərimələnib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York hakimi keçmiş prezident Donald Trampı məhkəmə məmurları haqqında danışmamaq əmrini pozduğuna görə 5000 dollar cərimələyib.

Ona iki dəfə mümkün həbs cəzası barədə xəbərdarlıq edilib.

Trampın cərimələnməsinə "Truth Social"da hakim Artur Engoronun əməkdaşının fotosunu paylaşması səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31