Hakan Fidan Misirdə İsrail-Fələstin sülh prosesinə aid zirvə toplantısında iştirak edəcək
20 Oktyabr 2023 23:47 DünyaTürkiyə xarici işlər naziri Hakan Fidan 21 oktyabrda Qahirədə İsrail-Fələstin sülh prosesinin müzakirə olunacağı Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xairici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın iclas çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31