BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası baş tutmayacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT Baş Assambleyasının fələstinli mülki əhalinin müdafiəsi ilə bağlı xüsusi sessiyası oktyabrın 23-də baş tutmayacaq.

Bu barədə Braziliyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. 

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın Daimi Nümayəndəliyi, "Tarix  Baş Assambleyanın Sədrinin ofisi tərəfindən müəyyən ediləcək" deyib.

Oktyabrın 19-da BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağı ilə İsrail arasında təxminən iki həftəlik humanitar atəşkəsə çağırıb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31