Rusiya XİN rəhbərinin keçmiş müavini xarici agent kimi tanınıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, diplomat, Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent kimi tanınıb.

Bu barədə Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, Kunadze Rusiya Federasiyasının mənfi imicinin yaradılmasına yönəlmiş yalan məlumatlar, habelə Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət, habelə hərəkətləri barədə yalan məlumatlar yayıb. 

O, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında mütəmadi olaraq çıxış edib.
Xarici agentlərin reyestrinə həmçinin politoloq və sosioloq Mixail Savva və "Dovod" nəşrinin (təşkilat Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxildir) baş redaktoru, jurnalist İlya Kosıgin də əlavə edilib. Hər ikisi Rusiyadan kənarda yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31