Hakan Fidan Ceyms Kleverli ilə görüşüb

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

İki nazirin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Məlumat üçün qeyd edək ki, görüşlər zamanı İsrail və Fələstin arasındakı son hadisələrin müzakirə edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31