Astroloq müharibə ilə bağlı proqnoz verdi

Olaylar.az ensonhabe-ə istinadən xəbər verir.  

Astrologiya Məsləhətçisi Nihan Urel canlı yayımda Türkiyədə və dünyada baş verə biləcək hadisələri şərh edib. Türkiyənin 28 oktyabrdan sonra müharibəyə cəlb ediləcəyini bildirən astroloq eyni zamanda dünyada çox pis hadisələrin baş verə biləcəyini də söyləyib. O, 28 oktyabr və 2024-cü ilin avqust ayında Ay tutulmasını diqqətə çatdırıb. Urel Türkiyənin məhz 28 oktyabrdan sonra müharibəyə cəlb edilmə ehtimalı olduğunu şərh edib. Onun fikrincə, 2024-cü ilin avqustunda dünyada çox pis hadisələr baş verə bilər. Astroloq bu tarixi  hər kəsin özünü çox pis hiss edəcəyi bir ay kimi qiymətləndirib. Urel noyabrın 10-da İsraildə bəzi qəfil və gözlənilməz itkilər olacağını, amma yenidən hücuma keçəcəyini vurğulayıb. Onun verdiyi proqnoza görə  noyabrın 27-də razılaşma əldə ediləcək, atəşkəs olmasa da Fələstinə və İsrailə bir qədər rahatlıq gətirəcək nəsə baş verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31