Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı oldu - ÖZƏL
20 Oktyabr 2023 21:48 DünyaOlaylar.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) sentyabr ayında kiberhücumun qurbanı olduğunu bildirib. Lakin hələ ki, bunu kimin həyata keçirdiyini öyrənmək mümkün olmayıb.
ICC kibertəhlükəsizlik hadisəsini təxminən beş həftə əvvəl aşkar edib. Hakimiyyət qeyd edib ki, faktlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücum olduğunu östərir. Məhkəmə əlavə edib ki, bu əməl "məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.
"Hollandiyanın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır", - deyə məlumatda deyilir.
Mətbuat xidməti həmçinin qeyd edib ki, ayrı-ayrı şəxslərə, təşkilatlara və dövlətlərə məxsus məlumatların hər hansı kompromislərə məruz qalmaması üçün bütün lazımi tədbirlər görülüb.