Şolts Almaniyadan miqrantların deportasiyasının miqyasının artırılmasında israrlıdır - ÖZƏL
20 Oktyabr 2023 19:39 DünyaAlmaniya Federal Kansleri Olaf Şolts bildirib ki, qeyri-qanuni miqrasiya axınını azaltmaq üçün hakimiyyət ölkədə qalmaq üçün heç bir qanuni əsası olmayanları kütləvi şəkildə deportasiya etməli olacaq.
Olaylar.az xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumət Alman cəmiyyətinin fəaliyyət göstərməsinə cavabdehdir və bu, "müəyyən miqdarda qəddarlığı" ehtiva edir.
"Biz nəhayət Almaniyada qalmaq hüququ olmayanları geniş miqyasda deportasiya etməliyik" - deyə Şolts qeyd edib.
Eyni zamanda, kansler qeyd edib ki, Almaniya açıq və müasir qalmalıdır, çünki Berlinin başqa ölkələrdən işçilərə ehtiyacı var, lakin hakimiyyətin kimin qəbul edilməsini müəyyən etmək hüququ var.
Bundan əvvəl xəbər verilmişdi ki, Almaniya hökuməti gələn il qaçqınların qəbulu və inteqrasiyası üçün federal ştatlara ayrılan maliyyəni əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
Reuters-in iki hökumət mənbəsinə istinadən verdiyi məlumata görə, Berlin qaçqınların qarşılanması və inteqrasiyası xərclərini ödəmək üçün federal yardımı iki dəfə azaltmağı planlaşdırır.
Bundan əvvəl Almaniya Ukraynadan olan qaçqınlar üçün müavinətlərin məhdudlaşdırılmasının tərəfdarı olmuşdu.