Jurnalist təhdid edildi

Olaylar.az CNN TÜRK-ə istinadən xəbər verir. İsrail və HƏMAS arasında gedən döyüşü yerində izləyən və son hadisələri anında xəbər verən Türkiyənin CNN TÜRK Xüsusi Xəbər rəhbəri Fulya Öztürk və operator Halil Kahraman telefonla təhdid edilib. Səhər saatlarında aldığı telefon zəngi ilə bağlı paylaşım edən Öztürk bildirib ki, İsraildə olduğu vaxtlar istifadə etdiyi İsrail telefon xəttinə müəmmalı şəxs tərəfindən zəng edilib. Həmin şəxs "İsraildəsən? Özünə yaxşı bax, yenə zəng edəcəm"- deyərək jurnalistə hədə-qorxu gəlib. 

Fulya Öztürk 4 rəqəmli "02-21" telefon nömrəsindən gələn zəngdən dərhal sonra tvit yazaraq bildirib ki, zəngdən əvvəl İsrail telegram səhifələrində onun şəkillər paylaşılıb. İlk vaxtlar bunlara çox fikir verməyən jurnalist gələn zəngdən sonra şübhəli hal olduğunu düşünərək dərhal səfirliyə zəng edib. Lazım olan yerlərlə danışıqlar aparan Öztürk hazırda vəziyyətin yaxşı olduğunu bildirib. 

Xatırladaq ki, İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmanın 13-cü günündə sözügedən kanalın canlı yayımı zamanı Qəzzadan atılan raket jurnalistlərin yanına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31