Bu göbələyin kilosu 3 min avroya satılır - ÖZƏL

Türkiyənin Yozgat şəhərinin Çekerek rayonunda meşəlik ərazilərdə özbaşına böyüyən truffle göbələklərinin kilosu 3 min avroya satılır. Olaylar.az cnnturk-ə istinadən xəbər verir. Ötən gün Çekerek Bələdiyyə Başçısı Eyyüp Çakır və xüsusi qrup tərəfindən meşədə truffle axtarışı aparılıb. Araşdırma xüsusi təlim keçmiş itlər vasitəsilə həyata keçirilib. 
 "Qara inci" də adlandırılan göbələyi ancaq xüsusi təlim keçmiş itlərin köməyi ilə tapmaq olar. Kartof kimi yeraltında böyüyən "qara inci" palıd ağacının kökündə mikoreya yetişdirən göbələk növdür. Kiloqramı 100 avro ilə 3 min avro arasında dəyişən bu qiymətli növ İspaniya, Fransa, İtaliya, Bolqarıstan kimi ölkələr üçün ciddi gəlir mənbəyidir. 
Çekerek rayonu da ekoloji xüsusiyyətlərinə görə bu göbələyin yetişə biləcəyi ərazidir. Buranın təbii mühitində və meşələrində xeyli miqdarda göbələk yetişir. Bölgəni truffle göbələklərinin becərilməsində daha da əhəmiyyətli bir mərkəzə çevirmək üçün Meşə Təsərrüfatı Baş İdarəsi ilə birlikdə layihə hazırlanıb. 
Bələdiyyə başçısı bildirib ki, layihəyə əsasən əvvəlcə təbii torpaqlarda yetişən göbələklərin toplanması ilə bağlı vətəndaşlarla təlimlər keçiriləcək, daha sonra  truffle bağlarının yaradılmasına başlanılacaq.  Məqsəd "qara inci"ni ölkənin gəlir mənbəyinə çevirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31