İsrail üçün müdhiş “Stalinqrad ssenarisi”…
20 Oktyabr 2023 14:14 Dünyaİsrail ordusunun Qəzzaya quru əməliyyatına hazır olduğu rəsmi şəkildə açıqlanıb. Əməliyyatın gecikməsi müxtəlif səbəblərlə əlaqələndirilsə də, misal üçün, hava şəraitinin uyğun olması və s - bu, daha çox ABŞ və Britaniyanın dəstəyinin alınmasından qaynaqlanırdı. Bayden və Sunakın səfərindən sonra müttəfiqlərinin İsrailə "yaşıl işıq" yandırdığı görünür.
Olaylar.az axar.az-a istinadən bildirir ki, quru əməliyyatı İsrail üçün asan olmayacaq, bunu özləri də etiraf edir. Həmasın 30-40 minlik silahlı dəstəsi var və Qəzzanın altında hörümçək toruna bənzər tunellər qazıblar. Ərəb mediası Qəzzanın İsrail üçün bataqlıq ola biləcəyini yazır. Misal üçün, Əl-Cəzirə Stalinqrad ssenarisinin baş verə biləcəyini proqnozlaşdırır.
Belə ssenari müharibənin uzanacağı və döyüşlərin regional miqyasa keçə biləcəyi riskini yaradır.