Çinin Rusiyadan neft idxalı yanvar-sentyabr aylarında 24% artaraq 80 milyon tona çatıb - ÖZƏL

Rusiyanın Çinə xam neft tədarükü 2023-cü ilin yanvar-sentyabr aylarında illik müqayisədə 24,4% artaraq 79,9 milyon tona çatıb.

Olaylar.az xəbər verir ki, bunu Çin Baş Gömrük İdarəsi açıqlayıb.

Dəyər ifadəsində Rusiyadan Çinə neft idxalı hesabat dövründə illik müqayisədə 2,3% azalaraq 43,6 mlrd. olub.
Çin Xalq Respublikasına neft tədarükçüləri arasında hələ də Rusiya birinci, Səudiyyə Ərəbistanı və İraq ikinci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31