İlon Mask “X”də yenilik edəcək
20 Oktyabr 2023 13:18 Dünya"X Premium" (keçmiş "Twitter Blue") tezliklə iki planda təqdim olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin təsisçisi İlon Mask öz "X" (keçmiş "Twitter") səhifəsində yazıb.
Mesajda "X Premium üçün iki abunə planı tezliklə istifadəyə veriləcək" yazılıb. İlon Mask qeyd edib ki, abunənin daha bahalı versiyası daha ucuz tarifdən fərqli olaraq sosial şəbəkədəki reklamları siləcək.
Qeyd edək ki, "Twitter" və ya dəyişdirilmiş adı ilə "X" onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.
"Twitter" 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə "Twitter" İlon Mask tərəfindən 44 milyard dollara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31