HƏMAS liderlərindən biri həbs edildi

İsrail Müdafiə Ordusunun hərbçiləri HƏMAS liderlərindən Şeyx Həsən Yusufu həbs edib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, HƏMAS lideri Beytuniyədəki evində İsrail hərbçiləri tərəfindən tutulub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31