Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən çıxmaq üçün daha bir addım atdı
20 Oktyabr 2023 12:41 DünyaNüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağrılması barədə qanun Rusiya Federasiyasının Şurasına daxil olub.
Olaylar.az-ın xəbərinə görə, bu barədə Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Konstantin Kosaçev özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, sənəd plenar iclasda oktyabrın 25-də nəzərdən keçiriləcək.
Xatırladaq ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Oktyabrın 18-də Rusiya Dövlət Duması qanunu 3-cü oxunuşda qəbul edib.
Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub. Müqavilə nüvə yüklərinin sınaq partlayışlarını, həmçinin dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.