Ərdoğan: “Aramızda qardaşlıq ruhunu qoruyub saxladıqca böyük uğurlar qazanacağıq” - ÖZƏL

"İnanıram ki, aramızda qardaşlıq ruhunu möhkəm saxladıqca böyük uğurlar qazanacağıq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Türk Tibb Dünyası Konqresi və Aziz Sancar Elm, Xidmət və Təşviq Mükafatlarının təltifetmə mərasimində videoçıxış zamanı səsləndirib. Türkiyə lideri deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində gördüyümüz hər bir işə böyük əhəmiyyət və dəyər veririk:

"Türk dünyası olaraq səhiyyədən müdafiəyə, təhsildən energetikaya qədər geniş bir sahədə əməkdaşlığımızı daim təkmilləşdiririk. 6 fevral zəlzələlərindən sonra türk cümhuriyyətlərindəki qardaşlarımızın millətimizlə həmrəyliyini heç vaxt unutmamışıq və unutmayacağıq. İnanıram ki, aramızda qardaşlıq ruhunu qoruyub saxladıqca böyük uğurlar qazanacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31