Misirin Qəzzaya göndərdiyi humanitar yardım bu tarixədək çatdırılacaq
20 Oktyabr 2023 11:30 DünyaMisirin Qəzzaya göndərdiyi humanitar yardım oktyabrın 21-dək çatdırılacaq.
Olaylar.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Arye Şaruz Şalikar açıqlama verib.
Onun sözlərinə görə, humanitar yükün ilk partiyası ən geci sabah, yəni oktyabrın 21-də Qəzzaya çatdırılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Misirin humanitar yardım və yanacaq karvanlarının Rəfah və Kerem-Şalom keçid məntəqələri vasitəsilə Qəzza zolağına buraxılması üçün İsraillə danışıqlar apardılğına dair məlumat yayılıb. Məlumata görə, İsrail bütün yardım göndərişlərini yoxlayaraq yardımın HƏMAS-a fayda verməyəcəyinə dair təminat istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31