HƏMAS məhdud hücumlarla kifayətlənmək istənmir- ÖZƏL
20 Oktyabr 2023 08:40 Dünya"HƏMAS-ın müttəfiqləri İsrailə qarşı məhdud hücumlarla kifayətlənmək istəmir və onu növbəti mərhələyə keçirməyi planlaşdırırlar, çünki belə olan halda İsrailin bu qruplaşmaları tək-tək aradan çıxarmaq planı uöur qazanmayacaq". Olaylar xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Livandakı "müqavimət oxu"nun (İrana sadiq qüvvələrin şərti bloku, həm Fələstin fraksiyaları, həm də Hizbullah) Livandakı birgə əməliyyat qərargahı yəhudi dövlətinə qarşı hücumların sürətini və tezliyini artırmağa hazırdır. . Bunun sübutu olaraq Livan istiqamətindən raket hücumları artıq gündəlik baş verəir və onların miqyası artaraq bütün hərbi və kəşfiyyat obyektlərini əhatə etməkdədir. Qəzza zolağı ətrafında eskalasiya fonunda başlayan hərbi kampaniyaya digər qruplaşmalar da, xüsusən Suriyadakı İran proksiləri də qoşulmağı planlaşdırır